Gənclər və İdman Nazirliyinin rəsmisi Avropa Şurasında rəhbər vəzifəyə seçilib

Baxış sayı: 2. 214 dəfə baxılıb.

Gənclər və İdman Nazirliyinin rəsmisi Avropa Şurasında rəhbər vəzifəyə seçilib

Gənclər və İdman nazirliyinin sektor müdiri Məryəm Qafar-zadə Strasburqda Avropa Şurasında keçirilən Anti-Dopinq Konvensiyasının 51-ci Monitorinq Qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində, yekdilliklə həmin Konvensiyaya uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri vəzfəsinə seçilib.

ÇıxışYolu.Com xəbər verir ki, Avropa Şurasının Anti-Dopinq Konvensiyasının üzv dövlətlərin Konvensiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin Monitorinq Komitəsinə təqdimatı, Konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi Məryəm Qafar-zadənin əsas iş istiqamətlərindən olacaq.

Məlumat üçün bildirək ki, Avropa Şurasının Anti-Dopinq Konvensiyasına 52 ölkə qoşulub.

Qeyd edək ki, M.Qafar-zadə səkkiz il ərzində Avropa Şurasında Beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.