Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edildi – FƏRMAN
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 146 nömrəli Fərmanında
dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman
Dəyişiklikdən öncə Maliyyə Nazirliyi, birgə hesablamalar əsasında, Gənclər və
İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və
texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə hər il dövlət
büdcəsindən maliyyə yardımının ayrılması üçün zəruri tədbirlər görürdü.
Fərmanla dövlət büdcəsindən maliyyə yardımının ayrılması Gənclər və İdman
Nazirliyinin tabeliyində olan idman obyektlərinə aid edilir.
Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il
18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədəFərman
imzalayıb.
Fərmanla Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edilib. Belə
ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan
yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə
yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
birgə hesablamalar aparacaq.
Nazirlik, həmçinin tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti
(əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti,
quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə
maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək
Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Bu vaxta qədər nazirlik bu işləri ancaq olimpiya idman kompleksləri üzrə
həyata keçirirdi.