0bc49246-419d-46a6-9181-3773970310c4..jpg

Gəndob-Yalama yolundakı qəzada ölən və yaralanan şəxslərin kimliyi AÇIQLANDI – YENİLƏNİB + FOTO

Baxış sayı: 1. 177 dəfə baxılıb.

Gəndob-Yalama yolundakı qəzada ölən və yaralanan şəxslərin kimliyi AÇIQLANDI –
YENİLƏNİB + FOTO

Gəndob-Yalama yolunda “KaMaz”la “TIR”ın toqquşması nəticəsində ölən və
yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un xəbərinə görə, qəzada hər iki sürücü – Dağıstan Respublikası
vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd
sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd
sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon
Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

21:06

Şabranda iki yük maşını toqquşub, ölənlər var.

“Report”un xəbərinə görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb “KaMAZ” markalı yük avtomobilinin
təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.

20:02

Quba-Gəndob-Yalama yolunun 8-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş
verib.

“Report” xəbər verir ki, iki yük avtomobili toqquşub.
Hadisə nəticəsində yolda tıxac yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza zamanı “KamAZ” və TIR
toqquşub.

Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Source link