2d5e0efa-9061-4be7-9ce6-c80b2188b585..jpg

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Baxış sayı: 696 dəfə baxılıb.

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyirmilik (G20) ölkələri arasında yalnız Səudiyyə Ərəbistanının neft və qaz
şirkəti “Saudi Aramco” öz ölkəsinin ümumi daxili məhsulunu (ÜDM) üstələyən
kapitallaşmaya malikdir.

Açıq statistik məlumatlara əsasən, bu həftənin əvvəlində “Saudi Aramco”nun
bazar dəyəri 1,933 trilyon dollar təşkil edib ki, bu da Səudiyyə Ərəbistanının
ÜDM-dən 1,7 dəfə çoxdur.

Şirkətin ən yaxın izləyiciləri Cənubi Koreya nəhəngi “Samsung” (379,9 milyard
dollar) və Argentinanın elektron ticarət şirkəti “MercadoLibre” (82,7 milyard
dollar) xeyli geridədir. Onların kapitallaşması Cənubi Koreya və Argentina
ÜDM-nin müvafiq olaraq 22% və 14%-ni təşkil edir.

Eyni zamanda, G20-dən kənarda bu göstərici üzrə lider Danimarkanın əczaçılıq
şirkəti “Novo Nordisk”dir. Onun kapitallaşması (567,56 milyard dollar)
Danimarka iqtisadiyyatının toplam dəyərindən 1,4 dəfə yüksəkdir.

Mənbə: gazeta.ru

Source link