d4f02e91-f829-4908-8b07-67dccc9c8c68..jpg

G20 Dinlərarası Dialoq Forumunda Azərbaycan multikulturalizmi müzakirə edilib – FOTO

Baxış sayı: 654 dəfə baxılıb.

G20 Dinlərarası Dialoq Forumunda Azərbaycan multikulturalizmi müzakirə edilib
– FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov
sentyabr ayının 5-dən 7-dək Hindistanın Puna şəhərində keçirilən G20
Dinlərarası Dialoq Forumunda iştirak edir. Forum “Dinlərarası harmoniya
vasitəsilə dünyada sülhün bərqərar olması və davamlı inkişafı” mövzusuna həsr
edilib.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat
yayıb.

Rəvan Həsənov forumun “Sosial birlik, sabit cəmiyyətlər və din” panelində
“Azərbaycan multikulturalizm modeli” mövzusunda məruzə edib. O, Azərbaycandakı
multikultural və tolerant mühit, həyata keçirilən multikulturalizm siyasəti,
eləcə də Azərbaycan multikulturalizmi modeli barədə ətraflı məlumat verib.
Bildirib ki, multikulturalizm Azərbaycan xalqının mənəvi sərvətidir:

“Azərbaycan tarixən çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin
qovuşduğu bir məkan olub. Bu gün də bu ənənə Azərbaycanda davam etdirilir və
qlobal səviyyədə təbliğ olunur. Azərbaycanın multikulturalizmi dünya dövlətləri
üçün örnək model kimi qəbul edilir”.

R.Həsənovun məruzəsi maraqla qarşılanıb və mövzu üzrə suallar cavablandırılıb.

Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 sammitləri ərəfəsində
keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası
qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin
Dinlərası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək
layihələrin formalaşdırılması və forum çərçivəsində müntəzəm əməkdaşlığın davam
etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Source link