0da418fc-17f2-4de9-8895-be652c82408d..jpg

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Baxış sayı: 527 dəfə baxılıb.

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük yeddilik” (G7) ölkələrinin energetika nazirləri 2035-ci ilədək kömürdən
imtina etmək barədə birgə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, yekun qərarın bu gün dərc olunacağı gözlənilir.

Məlumata görə, İtaliyanın Turin şəhərində aprelin 29-da keçirilən görüşdə
yeddi ölkənin iqlim, energetika və ətraf mühit nazirləri elektrik enerjisi
istehsalında kömürdən istifadədən mərhələli şəkildə imtina olunması barədə
razılaşıblar.

“Texniki saziş mövcuddur”, – deyə İtaliyanın energetika naziri Cilberto
Piketto-Fratin bəyan edib.

“Böyük yeddilik” kömürlə işləyən elektrik stansiyalarının 2023-cü ildə
bağlanmasına dair konkret addımlar atmaq qərarına gəlib. Lakin konkret qrafik
razılaşdırılmayıb.

“Bu, ötən il Dubayda COP28-də nail olmadığımız tarixi sazişdir”, – deyə Böyük
Britaniyanın energetika naziri Endryu Boui “Class CNBC”yə müsahibəsində
bildirib.

O vurğulayıb ki, “Böyük yeddilik” ölkələrinin hazırda dünyaya mərhələli
şəkildə kömürdən imtina olunması barədə ümumi siqnal göndərməsi faktı sadəcə
inanılmazdır.

Yekun saziş mədən yanacağından istifadədən faktiki imtina olunması
istiqamətində ilk konkret addıma çevriləcək. Məsələn, G7 ölkələrini qəbul edən
İtaliya 2022-ci ildə əvvəlki kimi öz elektrik enerjisinin 4,7 faizini kömürlə
işləyən bir neçə elektrik stansiyasında istehsal edib. Roma hökuməti hazırda
sistemləri 2025-ci il üçün dayandırmağı planlaşdırır, Sardiniyada son müddət
2028-ci ildir.

Lakin Almaniya və Yaponiyada kömür daha böyük rol oynayır. Almaniya Federal
Statistika İdarəsinin mart ayında verdiyi məlumata görə, kömürlə istehsal
olunan elektrik enerjisinin payı 2023-cü ildə 26 faiz təşkil edib. Bu, onu
Almaniyada elektrik enerjisi istehsalı üçün ikinci ən mühüm enerji mənbəyinə
çevirib. Federal Respublika 2020-2038-ci illər dövründə kömürdən mərhələli
şəkildə imtina edilməsini qanunla müəyyənləşdirib.

Source link