G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Baxış sayı: 2. 368 dəfə baxılıb.

“Böyük yeddilik” ölkələri Donbasdakı vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını bəyan edib. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, sanksiyaların müddəti Rusiyanın Minsk razılaşmasının müddəalarının tam icra olunmasından asılıdır. 

Nazirlərin sözlərinə görə, Rusiya üzərinə götürdüyü öhdəliklərə əməl etdikdən sonra sanksiyalar ləğv ediləcək. 

www.ÇıxışYolu.Com