“Game of Thrones”un ulduzu ərindən boşanması haqqında: “Şokdayam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Game of Thrones” (“Taxt oyunları”) filminin ulduzu, aktrisa Sofi Törner ilk
dəfə Co Conasdan boşanması barədə danışıb.
“Ağrılı idi, bir ana kimi atdığım hər addıma görə əzab çəkirəm. Nə qədər
insanın sadəcə fotoşəkillərə əsaslanaraq hər cür cəfəngiyatı uydurması və
yazması inanılmazdır. Bir şəkil min söz deyə bilər, amma bu mənim hekayəm
deyil. Mənə elə gəldi ki, həyatım haqqında yazmadığım, prodüseri olmadığım və
rol almadığım bir qorxu filminə baxıram. Bu şok idi. Mən hələ də şokdayam”, –
deyə Terner bildirib.
Mənbə: Gazeta.ru