Gecə klubunda iki nəfəri bıçaqlayana hökm oxundu

Gecə klubunda iki nəfəri bıçaqlayana hökm oxundu

Baxış sayı: 2. 456 dəfə baxılıb.

Gecə klubunda iki nəfəri bıçaqlayana hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M.Sərxanbəyov altı il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birinin qarşısında M.Sərxanbəyov tanımadığı şəxslərlə mübahisə edib. O, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com