6e3ddd97-cf26-46e3-a0dc-997c865d009c.jpg

Gecə naməlum şəxslər marketə girdilər – Polis araşdırmalara başladı

Baxış sayı: 29 dəfə baxılıb.

Abşeron rayonu, Saray qəsəbəsində marketdə oğurluğa cəhd hadisəsi qeydə alınıb.

Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, hadisə oktyabrın 5-də gecə saatlarında baş verib.

Belə ki, naməlum şəxslər gecə marketin qapılarını açaraq içəri daxil olublar.
Daha sonra onlar ərazidən uzaqlaşıblar.

Baş verənlər mağazadakı təhlükəsizlik kameralarında anbaan öz əksini tapıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim
Əmiraslanlı bildirib ki, bir qrup şəxs tərəfindən Abşeron rayonu Saray
qəsəbəsində yerləşən mağazalardan birinə oğurluğa cəhd edilməsi ilə bağlı ərazi
üzrə polis orqanına məlumat daxil olub.

Məlumatla bağlı təhqiqat araşdırması başlanılıb. Şübhəli şəxslərin müəyyən
olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.

Gecə naməlum şəxslər marketə girdilər – Polis
araşdırmalara başladı
Gecə naməlum şəxslər marketə girdilər – Polis araşdırmalara başladı

Source link