64c9dee7-1d54-49f5-9c02-3505b171e9b1..jpg

General-mayor rəis təyin edildi

Baxış sayı: 946 dəfə baxılıb.

General-mayor rəis təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov
vəzifəsindən azad olunub.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Vilayət Eyvazovun digər əmri ilə general-mayor Sərdar Səfərov Daxili İşlər
Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Məlumatı DİN-dən təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin
sabiq rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən
azad olunaraq nazir müavini təyin edilib.

Source link