103c15ff-e6d2-4329-a6d0-342710fff2e6..jpg

General-polkovnik: “Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, dünyaya təhdid yaradırdı”

Baxış sayı: 641 dəfə baxılıb.

General-polkovnik: “Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı
deyildi, dünyaya təhdid yaradırdı”

“Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, miqyasca
Qafqaz bölgəsini də aşan öz cinayətkar əməlləri ilə bütünlüklə dünyaya təhdid
yaradırdı”.

Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov
“Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

“Tam əminliklə demək olar ki, Azərbaycan Qarabağdakı cinayətkar rejimi məhv
etməklə qlobal təhlükəsizlik sisteminə çox mühüm töhfə verib”, – deyə o
bildirib.

R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik
aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla
başa çatması ilə Müzəffər Ali Baş Komandanİlham Əliyevin hərbi təhlükəsizlik
strategiyası başlıca hədəfinə çatdı və mühüm mərhələsini yekunlaşdırdı.

Source link