General polkovniki vəzifəsindən azad etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri
gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik
(gömrük attaşesi) Anar Hüseynov işdən çıxarılıb.
Anar Hüseynov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən
olan Anar Hüseynov gömrükdə bir sıra vəzifələrdə çalışıb.
Onu da qeyd edək ki, bundan əvvəl Şahin Bağırov polkovnik (gömrük attaşesi)
Əliqulu Cəfərovu Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük
Komitəsinin nümayəndəsi vəzifəsindən azad edib.
Əliqulu Cəfərovun Komitənin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin
yaxın qohumu olduğu deyilir.