General: Qarabağda münaqişə başlasa, Rusiya müdaxilə etməyəcək

General: Qarabağda münaqişə başlasa, Rusiya müdaxilə etməyəcək

Baxış sayı: 4. 185 dəfə baxılıb.

Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil və təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.

ÇıxışYolu.Com-ın News.am-a istinadən xəbərinə görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

O qeyd edib ki, KTMT bütün müqavilələri Ermənistanla imzalayıb və müvafiq olaraq, təşkilatın Yerevan qarşısında öhdəlikləri var.

“Ermənistan vətəndaşları əmin ola bilərlər ki, lazımi vaxtda KTMT onları tək qoymayacaq”, – Sidorov qeyd edib.

Birləşmiş Qərargah rəisi xüsusi vurğulayıb ki, KTMT quruma üzv olan hansısa ölkənin iştirakçısı olduğu bu və ya digər münaqişəyə müvafiq yardım çağırışı olmadan müdaxilə etmək səlahiyyətinə malik deyil.

www.ÇıxışYolu.Com