adc968ba-1bbe-4a45-a2b5-360575f097b1..jpg

Generalla birlikdə həbs edilən polkovnikin məhkəməsi başladı

Baxış sayı: 565 dəfə baxılıb.

Generalla birlikdə həbs edilən polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət
Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal
Ramazanovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin
anket məlumatları dəqiqləşdirilib.

Fikrət Mirzəyevin vəkili tərəfindən onun ev dustaqlığına buraxılması barədə
vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı sentyabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Fikrət Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli
miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə
İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin
(HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların
maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal
Əlizadə, nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Mahir
Şirvanov və nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Məlikməmməd
Qurbanovla birlikdə həbs edilib.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Source link