Generallar görüş üçün niyə Bakını seçdi? - ŞƏRH

Generallar görüş üçün niyə Bakını seçdi? – ŞƏRH

Baxış sayı: 2. 248 dəfə baxılıb.

Rusiya və NATO arasındakı görüşün Bakıda keçirilməsi təsadüfi deyil.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlama verən “Baku Netwok” Ekspert Şurasının direktor müavini, analitik Gülnarə Məmmədzadə deyib. 

“Bu, Azərbaycan paytaxtında bu səviyyədə keçirilən ilk görüşü deyil. Bu, kiçik ölkələrin müasir siyasətdə rolunun dəyişdiyini sübut edən əsas nöqtədir”, – eskpert qeyd edib. 

Onun sözlərinə görə, iri oyunçular öz ziddiyyətləri və ambisiyalarını çox dolaşdırdıqları üçün kompromis addımlar atmaq çətinləşib. Nəticədə Azərbaycan kimi kiçik, lakin strateji əhəmiyyətli ölkələr əlavə danışıqlar imkanı və məkanı təqdim edən vasitəçi kimi çıxış edir.

Analitik fikrincə, regional mərkəzin kommunikasiyası kimi Azərbaycanın rolu artacaq.

“Yaxın Şərqdəki vəziyyət prizmasından baxsaq, regionda öz maraqları olan Qərb, Rusiya, Türkiyə, İran və digər böyük ölkələr arasında münasibətlərin getdikcə gərginləşdiyini görə bilərik. 

Coğrafi-strateji mövqeyə və resurslara malik Azərbaycanın Türkiyə, Rusiya və digər ölkələrlə münasibətləri kifayət qədər etibarlı və praqmatik səviyyədədir. Azərbaycan bir çox regional layihələr və diplomatik kanallar üçün açar rolunu oynayır”, – Məmmədzadə deyib. 

Ekspert qeyd edib ki, Azərbaycan hazırda danışıqlar meydançası üçün regionda ən təhlükəsiz ölkədir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Bakıya rəsmi səfərə gəlib. O, burada NATO Silahlı Qüvvələrinin komandanı Kertis Skaparotti ilə görüşüb.

Əli Məmmədov
www.ÇıxışYolu.Com