c0452b6a-9949-406c-a47a-ae21e1f531a6..jpg

Generallar Laçında: Yeni hərbi obyektlər istifadəyə verilib – FOTO/VİDEO

Baxış sayı: 2. 227 dəfə baxılıb.

Generallar Laçında: Yeni hərbi obyektlər istifadəyə verilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması
istiqamətində görülən işlər davam etdirilir.

Laçın rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə
verilib.

Bu barədə Cixisyolu.com-a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant
Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə
verilmiş məntəqələri ziyarət ediblər.
Məruzə edilib ki, döyüş mövqeyində xidmət edən hərbi qulluqçular ayıq sayıq
xidmət aparır, Vətənin keşiyində durmaqla qürur duyurlar.

Yerləşmə məntəqələrində qərargah binaları, yeməkxanalar, silah otaqları, tibb
məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, anbarlar,
avtomobil parkları inşa edilib. Mərkəzləşdirilmiş istilik sisteminin təminatı
məqsədilə qazanxana kompleksi, fasiləsiz elektrik enerjisinin təminatı üçün
generatorlar və günəş panelləri mövcuddur. Ərazidə abadlıq işləri aparılıb və
müxtəlif ağaclar əkilib.

Sonra şəxsi heyətin döyüş hazırlığı yoxlanılıb. Döyüş hazırlığının müxtəlif
elementləri üzrə icra olunan taktiki tapşırıqlar hərbi qulluqçular tərəfindən
yüksək peşəkarlıqla yerinə yetirilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi
qulluqçularla görüşən nazir müavinləri onların döyüş və mənəvi-psixoloji
hazırlığını yüksək qiymətləndiriblər.
Hərbi qulluqçular qarşıdan gələn bayramlar münasibətilə təbrik edilib və
onlara hədiyyələr təqdim olunub.

Müdafiə nazirinin müavinləri döyüş növbətçiliyinin və qoşun xidmətinin
təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi-texniki
təminatının daha da yaxşılaşdırılması ilə bağlı general-polkovnik Zakir
Həsənovun tapşırıqlarını aidiyyəti şəxslərə çatdırıblar.


Source link