4a9db167-3739-49b9-9b44-06351527690e..jpg

“Gent” “Qarabağ”la oyun ərəfəsində problemlə üzləşib

Baxış sayı: 803 dəfə baxılıb.

“Gent” “Qarabağ”la oyun ərəfəsində problemlə üzləşib

Belçikanın “Gent” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində
“Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində problemlə üzləşib.

“Report” xəbər verir ki, bunu komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli
mətbuata açıqlamasında deyib.

Təcrübəli mütəxəssis ölkə çempionatında “Oud-Heverlee Leuven” üzərində 2:0
hesablı qələbə qazandığı görüşdən sonra zədəlilərin çoxluğundan şikayətlənib:

“İndi avrokubok matçı öncəsi çoxlu zədəlimiz və formada olmayan oyunçularımız
var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim
olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam
etdirmək istəyirik”.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı
ilə saat 00:00-da start götürəcək. Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi
1:0 hesablı qələbə qazanıb.

Source link