40e272b6-048b-45ad-8e72-98571b8ef0fd..jpg

“Gent”in baş məşqçisi: “Qarabağ” üzərində qələbə bizə psixoloji impuls verdi”

Baxış sayı: 802 dəfə baxılıb.

“Gent”in baş məşqçisi: “Qarabağ” üzərində qələbə bizə psixoloji impuls verdi”

“Qarabağ” üzərində qələbə bizə psixoloji impuls verdi”.

“Report”un məlumatına görə, bunu “Gent”in baş məşqçisi Heyn Vanhazebruk
Belçikada “Qarabağ”a əsas vaxtda 1:0, penaltilər seriyasında isə 5:3 hesabı ilə
qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu
barədə danışarkən deyib.

59 yaşlı mütəxəssis bildirib ki, bu qalibiyyət növbəti matçlarda komandaya
kömək edəcək:

“Amma realist olmaq lazımdır. Bizi gözləyən problemlərdən də xəbərdarıq. Son
matçda komandamızda olan 21 oyunçudan 10-u yaxşı vəziyyətdə idi. Bu, bir
komandanı meydana çıxarmaq üçün kifayət edir. Amma “Qarabağ”la oyunda 5
futbolçumuz zədləəndi. Onların “Brügge”yə qarşı çempionat matçında meydana
çıxmaları sual altındadır. Onların adlarını çəkməyəcəyəm. Çünki bu, rəqibin
əlinə oynamaq olar”.

Qeyd edək ki, Bakıdakı ilk oyunda “Qarabağ”a məğlub olan (0:1) “Gent” cavab
görüşündə eyni hesabla qalib gəlib. Əlavə vaxtda nəticə dəyişmədiyindən
penaltilər seriyasına keçilib. Zərbələri daha dəqiq yerinə yetirən meydan
sahibləri adını 1/8 finala yazdırıb.

Source link