c1fbb303-8a9e-4398-9098-63ee3ca2a1ea..jpg

“Gent”in futbolçusu: “Qarabağ”ın sol cinahı xüsusilə təhlükəlidir”

Baxış sayı: 864 dəfə baxılıb.

“Gent”in futbolçusu: “Qarabağ”ın sol cinahı xüsusilə təhlükəlidir”

“Qarabağ” hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı
xüsusilə təhlükəlidir”.

“Report”un məlumatına görə, bunu “Gent”in futbolçusu Jülyen De Sart Belçikada
“Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin
cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın Avropa Liqası səviyyəsində komanda
olduğunu bildirib:

“Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu
səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok matçı olacaq. Ona görə
də meydanda hər şeyimi verməyə həvəsliyəm”.

Qeyd edək ki, fevralın 23-də “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı
vaxtı ilə saat 00:00-da başlayacaq.

Source link