06f13a0a-9fb6-49c2-99d0-1def316d819a..jpg

“Gent”in “Qarabağ”la cavab oyunu üçün iştirak ərizəsi bəlli olub – FOTO

Baxış sayı: 916 dəfə baxılıb.

“Gent”in “Qarabağ”la cavab oyunu üçün iştirak ərizəsi bəlli olub – FOTO

“Gent”in Belçikada “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının
pley-off mərhələsinin cavab oyunu üçün iştirak ərizəsi açıqlanıb.

Klubun rəsmi saytında verilən məlumata görə, baş məşqçi Heyn Vanhazebrukun
sərəncamında 24 futbolçu olacaq.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof, 26. Luis Fortin

Müdafiəçilər: 2.Cozef Okumu (Keniya), 5.Mişel Nqadye-Nqacui (Kamerun), 15.
Bram Laqae, 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya),
31.Bruno Qodo, 35. Sederik van Dale

Yarımmüdafiəçilər: 7.Xönseok Xon (Cənubi Koreya), 12. Noa de Ridder, 13.Jülyen
De Sart, 14. Alessio Kastro-Montes, 22.Seleyman Marre (Qambiya), 24.Sven Kums,
27. Rune van den Berq, 28. Robbi van Hater

Hücumçular: 10.Yens Petter Hauge (Norveç), 11.Uqo Kuypers, 19.Malik Fofana,
20. Gift Orban, 29.Loran Depuatr, 39. Matias Fernandes

Qeyd edək ki, fevralın 23-də “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı
vaxtı ilə saat 00:00-da başlayacaq.

Source link