Rumıniyanın “Styaua” klubunun sahibi Cici Bekali futbolçu Yanis Haciyə “unikal” müqavilə təklif edib.
Gazeta.ru xəbər verir ki, futbolçunun çıxış etdiyi “Viitorul” klubuna 3,5 avroluq transfer təklif olunub.
Bekali bildirib ki, Haciyə əvəzlənmədən hər oyunda çıxış edəcəyi vəd olunur. Müqavilə şərtlərinə əsasən, klub sahibi heç bir vaxt futbolçunu tənqid edə bilməz.
Hacinın hazırda bu təkif üzərində düşündüyü bildirilir.
Qeyd edək ki, Yanis əfsanəvi “Qalatasaray”lı oyunçu Georgi Hacinın oğludur. Rumıniya çempionatının başa çatmış mövsümündə o, 39 oyunda 14 top vurub və 8 uğurlu ötürmə edib.
Mövsümün sonunda Hollandiyanın “Ayaks” klubu ona transfer təklifi edib.