“Georgian Airways” Gürcüstan prezidentini təyyarəyə buraxmayacaq

Baxış sayı: 1. 210 dəfə baxılıb.

“Georgian Airways” Gürcüstan prezidentini təyyarəyə buraxmayacaq

Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” Gürcüstan prezidenti
Salome Zurabişvili şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina
etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaq.

Bu barədə bazar günü Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin
yaydığı bəyanatda deyilir.

“Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz gürcü xalqından
üzr istəməyincə onu persona non qrata elan edirik, onu təyyarəyə
buraxmayacağıq”, – Qayaşvili açıqlamasında bildirib.

Source link