9bfa6027-03e1-4228-9ae5-e822df0bca10..jpg

Gimnastika üzrə çempionatın qalibi: “Qazandığım medal xoş emosiyalar gətirdi”

Baxış sayı: 571 dəfə baxılıb.

Gimnastika üzrə çempionatın qalibi: “Qazandığım medal xoş emosiyalar gətirdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yarış çox yaxşı keçdi, qazandığım medal mənə ən xoş emosiyalar gətirdi”.

Bu barədə Trend.az-a “Ocaq Sport” klubunun bədii gimnastika üzrə IV Açıq
Çempionatının gümüş mükafatçısı Lalə Heydərli deyib.

Gimnastımız 2016-cı il təvəllüdlü iştirakçılar arasında alətsiz hərəkətlər
proqramında (C kateqoriyası) ikinci yeri tutub.

“Bu gün yaxşı çıxış etdim, məşqçi məni təriflədi. Medal qazanmağım çox xoşdur,
çünki yarışda çoxlu iştirakçı var idi və hamısı çempionata yaxşı
hazırlaşmışdılar”, – deyə “Ocaq Sport” klubunun nümayəndəsi qeyd edib.

Gimnastın qeyd edib ki, çempionatın gözəl ab-havası var:

“Hamımızın gimnastika sevgisi var. Çempionat dostluq şəraitində keçir və bizdə
müsbət təəssürat yaradır”.

Qeyd edək ki, aprelin dördü və altısında “Ocaq Sport” klubunun bədii
gimnastika üzrə IV Açıq Çempionatı keçirilir. Yarışda 180-dən çox gimnast
iştirak edir.

Yarışlarda “Ocaq Sport” klubunun təmsilçiləri ilə yanaşı, ixtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman
Məktəbi, Su İdmanı Sarayı, və Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət
Mərkəzi, “Ocaq Sport” klubunun Hövsan bölməsi və Şağan Olimpiya İdman
Kompleksinin yetirmələri də iştirak edirlər.

Yarışlar bir neçə yaş kateqoriyasında keçirilir.

Source link