Gimnastlarımız Azərbaycana səkkizinci medalı qazandırdılar

Baxış sayı: 2. 821 dəfə baxılıb.

Gimnastlarımız Azərbaycana səkkizinci medalı qazandırdılar

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.

ÇıxışYolu.Com-ın Minskə ezam olunan əməkdaşının məlumatına görə, idmançılarımız bu gün qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində qüvvələrini sınayıb.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Akrobatlarımız yalnız rusiyalılar Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalaraq gümüş mükafata yiyələniblər.

R.Qurbanlı və A.Əl-Məşayxi dünən dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar ilk yarış gününü gümüş və bürünc medalla tamamlayıblar.

Qeyd edək ki, bu, Azərbaycan millisinin II Avropa Oyunlarında səkkizinci medalı olub.

Səbuhi Musayev