Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus
şəhərində keçirilən “GymCity Open” beynəlxalq turnirində qızıl medallar
qazanıblar.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat
Xidməti məlumat yayıb.
Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.
Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.