d3d0a174-2e82-4ced-ab38-98ca32bfd91b..jpg

“Goal”un 2024-cü ilin “Qızıl top” favoritləri siyahısına Bellinqem başçılıq edir

Baxış sayı: 399 dəfə baxılıb.

“Goal”un 2024-cü ilin “Qızıl top” favoritləri siyahısına Bellinqem başçılıq
edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Goal” nəşri “Qızıl top”a namizədlərin yenilənmiş reytinqini təqdim edib.

Reytinqdə birinci yeri “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem
tutub. İkinci yerdə “Bavariya”nın hücumçusu Harri Keyn qərarlaşıb. İlk üçlüyü
PSJ-dən fransız Kilian Mbappe tamamlayıb.

Qeyd edək ki, dördüncü yerdə Erlinq Haaland (“Mançester Siti”), beşinci yerdə
Mohamed Salah (“Liverpul”), altıncı yerdə Rodriqo Hernandes (“Mançester Siti”),
yeddinci yerdə Antuan Qrizmann (“Atletiko Madrid”), səkkizinci yerdə Bukayo
Saka (“Arsenal”), doqquzuncu yerdə Deklan Rays (“Arsenal”), onuncu yerdə Julian
Alvares (“Mançester Siti”) qərar tutub.

Qeyd edək ki, “Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu siyahıda
17-ci, hazırkı qalib Lionel Messi isə 19-cudur.

Mənbə: Championat.com

Source link