c1c28b42-db1d-49f7-a4eb-230935273ba3..jpg

“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var

Baxış sayı: 357 dəfə baxılıb.

“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Tuttosport” idman qəzeti Avropanın 21 yaşadək ən yaxşı
futbolçusuna verilən “Golden Boy” mükafatına namizədləri açıqlayıb.

Ötən il mükafat uğrunda mübarizədə finala yüksələn Türkiyə millisinin 19 yaşlı
futbolçusu Arda Güler bu il siyahıda yer almayıb.

Onun əvəzinə Kənan Yıldız (“Yuventus”), Semih Kılıçsoy (“Beşiktaş”) və Yunus
Əmrə Konak (“Brentford”) mükafata iddialılar sırasına daxil ediliblər.

Potensial qaliblər siyahısında ilk pillələri isə Yamal (“Barselona”), Neves
(“Benfika”), Qarnaço (“Mançester Yunayted”) kimi futbolçular tutublar.

Source link