3d1285af-38c7-4a2d-bbdc-b34604ffdb75..jpg

Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə hökm oxundu

Baxış sayı: 810 dəfə baxılıb.

Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və
tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub.

“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F.Eyvazov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa
yolunda baş verib.

Belə ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə
hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova
və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları
xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli
isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

Source link