b0bc4567-4277-40ed-b079-cb4c0f98de32..jpg

Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi

Baxış sayı: 417 dəfə baxılıb.

Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat
keçirilib.

Bakupost xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının
qeyri-qanuni əməlləri aşkar edilib.

Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük
İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji
içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək yük
maşınları boş yola salınırmış.

Həmçinin, yoxlama zamanı gömrük idarəsində digər qanun pozuntuları da ortaya
çıxıb.

Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün
Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Şabanov ötən ilin iyununda Tovuz Gömrük İdarəsinin rəisi
vəzifəsinə müvəqqəti təyin olunub.

Source link