Gömrük Komitəsinin həbsdə olan vəzifəli şəxsinə cəza istəniləcək

Gömrük Komitəsinin həbsdə olan vəzifəli şəxsinə cəza istəniləcək

Baxış sayı: 3. 882 dəfə baxılıb.

Gömrük Komitəsinin həbsdə olan vəzifəli şəxsinə cəza istəniləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. 

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. 

Məhkəmə iclası dekabrın 26-da davam etdiriləcək. 

Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com