Gömrük Komitəsinin sədri: “Gecə qara, cücə qara” məsələsi yığışdırılıb

Gömrük Komitəsinin sədri: “Gecə qara, cücə qara” məsələsi yığışdırılıb

Baxış sayı: 2. 102 dəfə baxılıb.

Gömrük Komitəsinin sədri: “Gecə qara, cücə qara” məsələsi yığışdırılıb

Mənim rəhbərliyim müddətində hər hansı sahibkara hansısa bir inspektor tərəfindən “bu mal gətirilə bilər, bu isə yox” sözü deyilə bilməz. Bu, mümkün olan bir şey deyil. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. 

O bildirib ki, Gömrük sistemindən malın ölkəyə keçiriləndə neçəyə bəyan olunmasını öyrənmək mümkündür:

“Əgər satıcı malın üzərində ikiqat artıq qiymət qoyub satırsa, aidiyyəti qurumlara müraciət etmək lazımdır ki, bu məhsulun mənfəət vergisi nə qədərdir. Burada “gecə qara, cücə qara” məsələsi yığışdırılıb. Belə bir sistem yoxdur. Kimsə belə bir halın mövcudluğunu iddia edirsə, biz həmin şəxsin yanındayıq. Əgər əməkdaşımız vətəndaşa “olmaz” deyibsə, o zaman mən onun nəinki işdən çıxarılmasına təlimat verərəm, həm də ən ağır şəkildə cəzalandıraram. 

Prezidentin bu sistemdə başlatdığı islahatlar keçici xarakter daşımır. Bizim məqsədimiz qısa müddət ərzində hansısa islahatı həyata keçirib, oturub gözləmək deyil. Bu, mümkün olan şey deyil. Bunu düşünən varsa, biz ona şərait yaradacağıq. Artıq kiməsə himayədarlıq etmək dövrü keçib”.

Könül Cəfərli