93cc1099-6f09-4308-a49a-12c14c30b2c5..jpg

Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödənilə bilər

Baxış sayı: 530 dəfə baxılıb.

Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödənilə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə
əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödənilə bilər.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük
orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini
tapıb.

Layihəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin
yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik
kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının
hesabına köçürülən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci
maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük
işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati
xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə
keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait,
cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı
maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük
orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və
bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli
şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi
üçün pul kompensasiyası ödəniləcək.

Qeyd edilib ki, qanun layihəsi gömrük orqanlarında xidmətin keyfiyyətinin
yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin
gücləndirilməsi, gömrük orqanı əməkdaşlarının yeni qulluq yerinə köçməsinin və
bununla bağlı ona kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri
olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi
məsələlərini tənzimləyir. Belə ki, gömrük orqanlarının vəzifəli şəxslərinə yeni
qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik
kompensasiya ödəniləcək. Qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir. Gömrük
orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və
bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli
şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil
kirayəsi üçün pul kompensasiyası ödəniləcək. Pul kompensasiyasının ödənilmə
qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
ediləcək. Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət
keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunub və praktikada
tətbiq olunur

Qüvvədə olan qanuna əsasən, gömrük orqanının vəzifəli şəxsinin və onun
ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına
həyata keçirilir.

Source link