990b4d7b-0685-402b-a6cc-84fa76263b8b..jpg

Gömrük postunda dərman qalmaqalı: İki əməkdaş həbs olunub

Baxış sayı: 540 dəfə baxılıb.

Gömrük postunda dərman qalmaqalı: İki əməkdaş həbs olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə
Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan
Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, həmin cinayət işi üzrə Naxçıvan Baş
Gömrük İdarəsinin “Sədərək” gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs
qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3
(külli miqdarda törədildikdə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Source link