162d3a6d-e554-46bc-a4bd-717449d4b47b..jpg

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Baxış sayı: 740 dəfə baxılıb.

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək külli miqdarda
dələduzluq etmiş şəxs barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə Qəbələ rayon Bum qəsəbə sakini 1996-cı il təvəllüdlü Zaməddin Hacıyevə
hökm oxunub.

O, Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu (külli miqdarda dələduzluq və
vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Z.Hacıyev hərbi xidmətdə olarkən oradakı
yoldaşlarına özünü gömrükçü kimi təqdim edib. Ali təhsilli olan şəxs daha sonra
hərbi xidmətini başa vurub və Bakıya gəlib. O, paytaxtda 110 manat müqabilində
gömrükçü geyimi alıb və həmin formanı qeyri-qanuni şəkildə geyinərək daşımağa
başlayıb.

Bundan sonra Z.Hacıyev özünü Dövlət Gömrük Komitəsinin Kadrlar İdarəsinin və
İstintaq İdarəsinin məsul əməkdaşı kimi təqdim etməklə bir neçə tanışını işə
düzəltmək adı ilə pul alıb.

O, müvafiq olaraq zərərçəkmiş şəxslərdən 2 000, 8 600, 11 000, 28 400, 17 825,
2 920, 37 530 manat alıb.

Bildirilib ki, Zaməddin Hacıyev görüşlərə Dövlət Gömrük Komitəsinə aid xidməti
formada və bahalı “Range Rover” markalı avtomobildə gedirmiş. Onun əməlindən
zərər çəkmiş şəxslərdən biri ATV telekanalının əməkdaşı olub. O, həmin şəxsə
Dövlət Gömrük Komitəsində xidməti sürücü götürəcəyi vədini verərək 2 920
manatını ələ keçirib.

Zərərçəkmiş şəxslər Z.Hacıyevin verdiyi vədə və aldığı pulun qarşılığında
götürdüyü öhdəliyə əməl etmədiyi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət
ediblər. Bundan sonra cinayət işi açılıb və o saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə
Z.Hacıyevə 7 il 6 ay həbs cəzası verilib.

Source link