Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) ÇıxışYolu.Com-a verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib.
Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb.
Nəticədə, avtobusun yan divarına tərəf olan oturacağın üzlüyünün altında iki ədəd bükümdə, xalis çəkisi 93,18 qram olan narkotik vasitə – heroin aşkar edilib.