760a2709-5a93-449d-b273-89129743d4f1..jpg

Gömrükdə yüklərin rəsmiləşdirilməsi asanlaşacaq

Baxış sayı: 851 dəfə baxılıb.

Gömrükdə yüklərin rəsmiləşdirilməsi asanlaşacaq

Yaxın zamanda Dövlət Gömrük Komitəsinin (DGK) tranzit əməliyyatları üzrə
müraciətləri birbaşa olaraq emal edən portalının istifadəyə veriləcəyi
gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu Gömrük Komitəsinin sədri Şahin Bağırov
Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən
istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə
çoxtərəfli görüşdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, ilk növbədə çatmaq üzrə olan yüklərə dair məlumatlar
almaq üzrə məqsədləri əldə etmək niyyətindəyik:

“Yük fiziki olaraq Azərbaycan ərazisinə daxil olduqdan sonra biz minimal
müddətdə onu rəsmiləşdirərək göndərə biləcəyik”.

Source link