“Google” əməkdaşları Pentaqona işləmək istəmir

“Google” əməkdaşları Pentaqona işləmək istəmir

Baxış sayı: 3. 088 dəfə baxılıb.

“Google” şirkətinin üç mindən çox əməkdaşı korporasiyanın rəhbərliyinə kollektiv məktub yazıb.

ÇıxışYolu.Com “NY” qəzetinə istinadən xəbər verir ki, şirkət əməkdaşları korporasiyanın Pentaqonun proqramında iştirak etməsinə etiraz edir.

“Project Maven” proqramında hərbi təyinatlı pilotsuz uçan aparatlarda (PUA) zərbələrin sərrastlığını artırmaq üçün süni intellektin tətbiqi nəzərdə tutulur.

Şikayət məktubunu korporasiyanın aparıcı mühəndisləri də imzalayıb. Onlar süni intellektin hərbi məqsədlərlə tətbiq olunmasına qarşı çıxır.

“Biz hesab edirik ki, “Google”un  hərbi bizneslə məşğul olması düzgün deyil.  Ona görə, biz “Project Maven” layihəsinin ləğv olunmasını, həmçinin  “Google” və ya onun podratçılarının “heç vaxt hərbi texnologiyalar yaratmayacağını” sənəd şəklində təsbit edən açıq-aydın və dəqiq nizamnamənin tərtib olunması, dərc edilməsi və yerinə yetirilməsini tələb edirik” deyə kollektiv məktubda deyilir.

Qeyd edək ki, Pentaqon “Google”un sözügedən layihəsini 2017-ci ildən etibarən maliyyələşdirməyə başlayıb.

.
www.ÇıxışYolu.Com