ABŞ-a məxsus Google korporasiyası Jamestown şirkətilə sövdələşmə imzalayıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, sövdələşməyə əsasən Google Nyu-Yorkun mərkəzində çoxfunksiyalı ofis alıb.
100 min kvadratmetr sahəyə malik ofis internet-nəhəngə 2,4 milyard dollara başa gəlib.
Kompleksin tərkibinə ərzaq bazarı daxildir ki, buranı hər ay 500 min insan ziyarət edir.