“Google Translate” istifadəçiləri servisdə gizlədilmiş təhqirləri aşkarlayıblar.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Reddit” imicbordunun Orange-Crocs ləqəbli istifadəçisi məlumat verib.
Məlum olub ki, tərcümə servisi Yer kürəsini düz hesab edən insanlara gülməyi də bacarır. Əgər ingilis dilində “I’m a flat earther” ifadəsini yazsaq, bu fransız dilində “Je suis un fou” kimi, yəni “Mən dəliyəm” kimi tərcümə olunacaq.
Yer kürəsinin düz olduğuna inananlara qarşı bu cür təhqirlər ancaq ingilis dilindən fransızcaya tərcümə olunan zaman meydana çıxır. Digər dillərdən tərcümə zamanı isə servis fərqli ifadələrdən istifadə edir.
Çox güman ki, bu cür təhqirlərin yaranması digər istifadəçilərin servisdə etdiyi dəyişikliklər nəticəsində baş verib. Bunu translate.google.com saytına daxil olan istənilən şəxs edə bilər.