“Google”da mətn təsviri əsasında şəkil yaratmaq, fotonu redaktə etmək mümkün
olacaq – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Google” öz axtarış sistemində yeni üslubda şəkil yaratma imkanlarını təqdim
edib.
Artıq bundan sonra “Google”da mətn təsvirləri əsasında şəkillər yaratmaq
mümkün olacaq.
Belə ki, istifadəçilər “Google” axtarış sətrinə tapmaq istədikləri fotonun
təsvirini yazılı formada daxil edəcəklər və sistem bir neçə ən yaxşı təsvirin
variantını təklif edəcək.
Yaradılmış təsviri mətnə edilən müxtəlif dəyişikliklərlə redaktə etmək də
mümkündür.
Qeyd olunur ki, bu funksiya hələlik yalnız ABŞ-də işləyir, daha sonra digər
ölkələrdə olan istifadəçilər də ondan yararlana biləcəklər.
Mənbə: Gazeta.ru