Bu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.
Ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.