Goranboy sakininin ölümünə görə bir gün əvvəl dalaşdığı şəxs saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini,
1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat
daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan
bildirilib ki, dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun
əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir
gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi
münasibətlər zəminində mübahisə edərək dalaşıb.
M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla
bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.