Goranboy rayonunda 11-ci sinif şagirdi qaçırılıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
E. adlı qız mağazadan qayıdarkən Hazırəhmədli və Ağamalıoğlu kənd sakinləri tərəfindən qaçırılıb. Cinayəti törədən şəxslər qohumdur (yeznə və qayın), onların hər ikisinin adının İlqar olduğu bildirilir.
Qeyd edək ki, E. 11-ci sinifdə oxumalı olsa da, valideynləri onu məktəbdən çıxarıbmışlar.
Goranboy rayon Polis İdarəsində araşdırma başlanılıb.
Hadisənin təfərrüatları araşdırılır.