Goranboyda 21 yaşlı qız dəm qazından zəhərlənib
Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində baş verib.
2001-ci il təvəllüdlü İ.Yusibova zəhərlənmə diaqnozu ilə xəstəxanaya
yerləşdirilib.
Gənc qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 21 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.