Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Gülnar Xəilova bıçaq xəsarəti ilə xəstəxanaya
yerləşdirilib.
Qadın əməliyyat edilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, 28 yaşlı G. Xəlilovanı mübahisə zamanı həyat yoldaşı
bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş
inspektoru Eşqin Qasımov bildirib ki məsələ ilə bağlı Goranboy Rayon Polis
Şöbəsində araşdırma aparılır.