Goranboyda ağır qəza: Ölənlər və yaralılar var

Goranboyda ağır qəza: Ölənlər və yaralılar var

Baxış sayı: 3. 320 dəfə baxılıb.

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ağır yol qəzası baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hadisə nəticəsində iki nəfər – Cəmilə Məmmədova və Sahib Məmmədov ölüb. 

www.ÇıxışYolu.Com