c710bfa0-e833-494c-9b6e-ff062b7ca766..jpg

Goranboyda avtomobil aşdı: Sürücü öldü

Baxış sayı: 2. 739 dəfə baxılıb.

Goranboyda avtomobil aşdı: Sürücü öldü

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Faxralı kəndinin yaxınlığında qeydə
alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü, 1967-ci il təvəllüdlü Quliyev Mahir xəsarət alaraq
xəstəxanaya yerləşdirilib. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Source link