Goranboyda bədbəxt hadisə: 36 yaşlı kişi hamamda öldü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Goranboyda bədbəxt hadisə baş verib.
Rayonun Nizami kəndində 36 yaşlı kişinin meyiti hamam otağında aşkarlanıb.
Mərhumun atası hadisənin təfərrüatından danışıb: “Kinoya baxırdıq. Dedi,
çimməyə gedirəm. Yarım saat sonra qapını açdım ki, yerə yıxılıb”.
Qeyd edək ki, hadisə baş verən evdə ata və oğul birgə yaşayırmış. Həyatını
itirən Tural Namazov kənddə bərbərlik fəaliyyəti ilə məşğul olurmuş. Faktla
bağlı araşdırmalar davam etdirilir.