cbbb14cc-ef32-4769-8342-5484733bd8c4..jpg

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar – FOTO/VİDEO

Baxış sayı: 622 dəfə baxılıb.

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının
keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə
terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev və
Ziyad Namazov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə
terminalını sındıraraq 9 161 manat oğurladıqları məlum olub.

Bundan başqa RPŞ əməkdaşlarının son bir həftə ərzində keçirdikləri digər
tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan
iki, odlu silah saxlayan bir və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən iki ədəd
“PQ-7” markalı raket, bir ədəd əl qumbarası, iki ədəd tüfəng, üç ədəd avtomat
və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.


Source link